Sabah prezidentlər Azərbaycanda Xəzərin hüquqi statusu ilə bağlı fikir mübadiləsi aparacaq
Sabah Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının IV zirvə toplantısı keçiriləcək. SİA-nın məlumatına görə, sammitə 5 Xəzəryanı ölkənin - Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın prezidentləri qatılacaq.
Sammitdə Xəzərin hüquqi statusu ilə bağlı fikir mübadiləsinin aparılması, Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması məsələsinin müzakirə olunması gözlənilir. qeyd edək ki, samittlə bağlı artıq İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad noyabrın 17-də Azərbaycana gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB