İstehlakçıların aldadılmasının qarşısı alınıb

İstehlakçıların aldadılmasının qarşısı alınıb
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 1C ünvanında Svetlana Salmanovaya məxsus "Bizim market", həmçinin Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 19 ünvanında İlqar Mirzəyevə məxsus "Bizim market" mağazalarında aparılan yoxlama zamanı istehsalçı tərəfindən qablaşdırılaraq üzərində xalis çəkisi göstərilən malların ticarət obyektlərində real çəkisindən 5-10% artıq göstərildiyi və satışın bu çəkiyə uyğun olaraq aparıldığı müəyyən edilib. Bu barədə SİA-ya Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıları mal alarkən diqqətli olmağa, alınan mala görə ödənişin istehsalçı tərəfindən müəyyən olunan çəki üzrə aparılmasını tələb etməyə çağırır.

Bütün xəbərlər Facebook səhifəmizdə