Soçi şəhərində Avrasiya İttifaqı sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başlayıb. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, görüşdə Rusiya tərəfdən Putinin mətbuat katibi Dmitri Peskov, prezidentin köməkçisi Yuri Uşakov, iqtisadi inkişaf naziri Maksim Oreşkin, maliyyə naziri Anton Siluanov, nəqliyyat naziri Maksim Sokolov, xarici işlər nazirinin müavini Aleksandr Pankin iştirak edir.
Erməni tərəfdən isə görüşə baş nazirin müavini Tiqran Avinyan, xarici işlər naziri Zöhrab Mnatsakanyan və digər rəsmilər qatılıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB