“Şəffaflıq tələb edənin özünün fəaliyyəti şəffaf olmalıdır, Emin Milli" MÜNASİBƏT

“Şəffaflıq tələb edənin özünün fəaliyyəti şəffaf olmalıdır, Emin Milli" MÜNASİBƏT

“Dünən ABŞ Konqresində keçirilən dinləmələrdə Emin Milli ilə Orduxan orda Azərbaycanda demokratiyanın vəziyyəti ilə bağlı çıxış ediblər. Rusiyanın quberniyası olan erməni dövlətini və Azərbaycan xalqının qanına susayan erməni xalqını bizə nümunə göstəriblər. Daha sonra hakimiyyəti beynəlxalq korrupsiyada ittiham edərək Azərbaycan hökumətindın şəffaflıq tələb ediblər, ölkəyə qarşı ABŞ-dan sanksiyalar istəyiblər”. SİA-nın verdiyi məlumata görə, bu barədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə Missiyasının siyasi məsələlər üzrə sabiq köməkçisi Vüqar Əhmədov deyib.

“Emin Milli sənin nə tez yadından çıxdı 2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan hökuməti tərəfindən şəxsən qurduğun Avropada Təhsil Alan Azərbaycanlı tələbələr Forumu (FASE) üçün aldığın 250 min manat məbləğində yardım? Hara xərcləndi o pullar? Aqibəti nə oldu o pulların, hesabatı açıqladınızmı ki, sən indi Azərbaycan hökumətindən şəffaflıq tələb edirsən və hökuməti korrupsiyada ittiham edirsən. Yoxsa o pulları Avropada səpələndiyiniz və indi Azərbaycan dövlətinə qarşı fəaliyyət göstərdiyiniz şəbəkəyə sərf etdiniz? Hazırda sən hansı pullarla Avropada yaşayırsan və hansı hüquqi əsaslarla, hansı fondlardan maliyyələşib Avropadan Amerikaya uçub bu fəaliyyətləri göstərirsən. Azərbaycan hökumətini korrupsiyada ittiham edib şəffafıq tələb edən şəxsin özünün şəffaflığı və hansı şəbəkəyə bağlı olması hələ də sual atındadır”-deyə, sabiq köməkçi fikirlərini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə