Hər bir dövlətin tarix yolunda bir xilaskarı, bir əvəzedilməz şəxsiyyəti olur. Bu şəxsiyyət həmin dövlətin bütün vətəndaşlarının inam yerinə, ümid qapısına çevrilir. Çətin günlər yaşamış Azərbaycan xalqı üçün də bu dəhşətdən çıxmaq, qurtulmaq üçün bir xilaskar arzulanırdı. Bu xilaskar məhz elə həmin dəhşətli günlərin yaşandığı zamanda xalqını düşünüb, xalqı üçün ölümü gözə alıb Azərbayacana dönüş etdi. Bu şəxsiyyət şübhəsiz ki, ulu öndər Heydər Əlirza oğlu Əliyev kimi əzmkar, qorxmaz, Vətənini, millətini sevən biri ola bilərdi. Həyatı bahasına müharibənin ağır vüsət aldığı, vətəndaş müharibəsinin baş qaldırdığı məqamda millətinin xilasına yetişən Xilasgar bir gecənin içində hər kəsin sevimlisinə çevrildi, güvən yeri oldu.
Müasir Müstəqillik tariximizin banisi olan ümummilli lider Heydər Əliyev tarixi qələbəyə imza atdı. Həmin gündən Azərbaycan nəinki müstəqilliyini qoruyub saxlamaqla, həm də inkişaf addımlarının sürəti ilə bütün dünyada rəğbət qazandı. Təbii ki, bu prosesin icrasının baş tutması üçün düzgün siyasət qurulması, bu siyasətin düzgün icra etdirilməsi çox vacib amillərdən idi. Əbəs yerə deməyiblər ki, müstəqilliyi qazanmaq daha asandır, nəinki onu qoruyub saxlamaq. Qısa tarixi yol keçən müstəqilliyimiz əslində uzunmüddətli müstəqillik tarixinə malik hesabatı özündə ehtiva edir. Əgər biz bu gün qürürla, ürəkdən danışacaq bir müstəqilliyə sahibiksə bu dahi şəxsiyyət Heydər Əliyevin, onun əzminin, zəkasının məhsulu olan siyasətin qələbəsidir. Günü-gündən inkişaf addımları atan Azərbaycan bütün dünya dövlətləri tərəfindən hörmətlə qarşılanır. Bununla əlaqədar son illərdə keçirilən bir çox beynəlxalq görüşlərin, yarışların, tədbirlərin Azərbaycana həvalə edilməsini misal göstərə bilərik ki, bu da dövlətimizə olan güvənin, inamın baris göstəricisidir. Təbii ki, bu illərin əziyyətinin, damla-damla toplanaraq gəlib çıxıldığı məqamdır, lakin qısa müddət ərzində əldə olunmuş bu iqtisadi-siyasi qələbə əlbəttə ki, təqdirəlaiqdir və bunu görməzdən gəlmək mümkün deyil.
Bu gün də Azərbaycan Heydər Əliyev siyasəti ilə idarə olunur. Düzgün qurulmuş bu siyasət Azərbaycanı kənar təsirlərdən qorumaqla bərabər, həm də inkişafayönəlik proseslər sərgiləyir. Bu gün bu siyasəti düzgün formada, əzmlə davam etdirən cənab Prezident İlham Əliyev də Heydər Əliyev siyasətinə sadiqliyi ilə bərabər, həm də dünyada baş verən proseslərlə əlaqədar yeni düzgün addımlar atır və daha da geniş şəkildə inkişaf addımları sərgiləyir. Cənab Prezident Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində əzmlə çalışır və daimi olaraq tərəqqi yolunda yeni addımlara imza atır. Atılan hər bir yeni addım Azərbaycan xalqının rifahının gücləndirilməsi istiqamətində düşünülmüş siyasətin bir parçasıdır. Hər bir vətəndaşımız elə bu səbəbdəndir ki, cənab Prezidentin ətrafında sıx şəkildə birləşərək ona arxa, dayaq olur, öz dəstəyini əsirgəmir. Bu, Heydər Əliyev siyasətinə, İlham Əliyev idarəçiliyinə olan güvənin, inamın baris nümunəsidir.
Heydər Əliyevin Azərbaycan sevgisini, azərbaycançılıq məfkurəsini sözlə ifadə etmək mümkün deyil. Sevindirici haldır ki, bütün dünyanın qibtə etdiyi güclü zəka sahibi, dərin insani keyfiyyətlərə malik olan siyasətçi doğma Azərbaycanımızın vətəndaşı idi. Hər zaman dillər əzbəri olan “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” ifadəsi Heydər Əliyev səsi altında daha da təsirli və qürurvericidir. Mən də bir Azərbaycan vətəndaşı, Azərbaycan gənci kimi hər zaman Ulu Öndərlə eyni ölkənin vətəndaşlığını daşıdığım üçün fəxr edirəm, qürur duyuram. Azərbaycan xalqı Ümummilli Liderini hər zaman dərin hörmətlə və sevgi ilə anır və hər zaman da anacaq. Azərbaycan gəncləri Sizinlə qürür duyur. Ruhun şad olsun Azərbaycanın əvəzedilməz şəxsiyyəti!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB