“Ermənistan uçuruma gedən ölkədir. Sarkisyanın devrilməsi və Paşinyanın baş nazir təyin olunması Ermənistanın məhvini sürətləndirir. Çünki, xainlərin ömrü uzun olmur. Onsuzda iqtisadiyyatı yox dərəcəsində olan Ermənistan son etiraz aksiyaların sayəsində böhranı dərinləşdirmişdir. Düşünürəm ki, Paşinyanın da baş nazirliyi uzun müddədli olmayacaqdır. Uzaqı bir ildən yenə də orada etirazlar və çevriliş baş verəcəkdir. Çünki, Ermənistan ölkənin siyasi kursunu özü müəyyənləşdirmir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, Paşinyan küçə danışıqların sahibi və təcrübəsiz küçə adamıdır: “İşğal olunmuş ərazilərimizlə münasibətdə isə Paşinyanın intellekti və bacarığı siyasi məsələləri həll etmək bacarığında olmadığını göstərir. Ermənistanın məhvə doğru getməsinin və müstəqil siyasətin yürüdülməməsinin kökündə ancaq Azərbaycanın torpaqlarının işğal altında saxlaması dayanır. Məhz ona görə Ermənistan dünyadan təcrid olunub. Hətta havadarlıq edənlərin fikirləri də ermənilərə qarşı dəyişilməkdədir. Son zamanlar Rusiya siyasətçilərin dilindən eşidilən ifadələr də bunu deməyə imkan verir. Sonda qeyd etmək istəyirəm ki, Ermənistanın stabilləşməyə yolu ancaq Azərbaycan torpaqlarından, işğalçılıq siyasətindən əl çəkməkdən geçir. Düşünürəm o gün yaxınlaşmaqdadır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB