Yaxud, tülkünün həccə getməsi reallığı
İstər seçkidən öncə, istərsə də sonrakı dövrdə AXCP sədri, eləcə də “Milli Şura”nın qeyri-rəsmi sədri Əli Kərimlinin nədənsə, yəni birdən-birə radikal dindarları öz ağuşuna alması bəzi sualları doğurdu. Əcəba, bir halda ki, AXCP-nin tərkibi əsasən ateistlərdən və Allahsızlardan ibarətdirsə, nəyə görə Kərimli anidən dini kəsimi öz ətrafında toplamağa cəhd etdi. Əslində, bu “üsula” keçid hələ məlum Nardaran olaylarından sonra baş vermişdi. Yəni bu gün qonşu ölkənin məlum orqanlarına xəfiyyəlik edən, Azərbaycanın dünyəvi və demokratik dövlətçilik maraqlarını satan Tale Bağırzadənin və onun radikal dini qruplaşmasının – “Müsəlmanlar Birliyi Hərəkatı”nın ölkəmizin dövlət quruluşuna qarşı çıxışının ardınca, onun tərəfdarları birdən-birə özlərini Ə.Kərimlinin qucağında gördülər...
Üstəlik, AXCP-nin sədri müavini Fuad Qəhrəmanlının sosial .şəbəkədə “dindara” çevrilməsi, baş verənləri “İmam Hüseyn müsibəti” ilə eyniləşdirməsi, bunun ardınca vəziyyəti daha da gərginləşdirməyə çalışması bilavasitə dövlət maraqlarına qarşı açıq-aşkar çıxışın bariz nümunəsiydi. Halbuki, axtarıb-arasaq, F.Qəhrəmanlı və bu gün onu müdafiə edən AXCP üzvləri heç Allahın qibləsinin də yerini düz-əməlli tanımırlar. İndi, F.Qəhrəmanlı olub radikal dindarların “ağası” -T.Bağırzadə ilə birgə...
Tale Bağırzadənin tərəfdarları olan Kərimlisevər “dindarları” bilsələr ki, Leyla Yunus bütün xidməti boyu erməniyə satılıb, ondan imtina edərlərmi?
Daha bir ilginc faktı dəyərli oxucularımızın diqqətinə çatdırmaq istərdim. T.Bağırzadə həbs olunar-olunmaz onun müdafiəçisi qismində çıxış edənlərdən biri də azərbaycançılıq maraqlarına qarşı açıq-aşkar erməniçilik edən Leyla Yunus oldu. T.Bağırzadəyə məktub belə yazdı. T.Bağırzadə isə həmin bu millət və dövlət düşməninə “mübariz qadın” statusunu yapşdırdı...İndi bu gün sual edə bilərik ki, yaxşı, əgər T.Bağırzadənin tərəfdarları olan “Milli Şura”-nın Kərimlisevər “dindarları” bilsələr ki, L.Yunus bütün xidməti boyu erməniyə satılıb ondan, yəni T.Bağırzadədən imtina edərlərmi? Etməzlər, çünki belə “dindarlar” həqiqi olsaydılar, ilk növbədə dövlət maraqlarına qarşı çıxaraq, Qərbə, erməni lobbisinə nökərçilik edən Ə.Kərimlinin yanında olmazdılar. Çünki müqəddəs kitabımızda da yazılıb ki, dövlətə, onu dəstəkləyən xalqa və rəhbərinə qarşı çıxmaq ən böyük günahlardan hesab olunur...
Hətta bu qüvvələr Azərbaycan uğrunda öz sağlamlığını qurban vermiş Qarabağ veteranlarını belə təhqir etməkdən çəkinmədilər!
Beləliklə, ətrafında T.Bağırzadənin qondarma dindarlarını toplayaraq, siyasi üstünlük əldə edəcəyini sanan Ə.Kərimli burada da yanıldı. Yanıldı ona görə ki, heç vaxt Allaha, kitaba inanmayan biri olaraq, özünü “mollabaşı” elan etdi, hətta həccə gedəcəyini də bəyanladı mitinqlərin birində. Üstəlik, bir quş da buraxaraq, ateistlərlə dindarların “qardaş” olduğunu cikkildədi. Fəqət, xalqı hakimiyyətə qarşı kütləvi iğtişaşa, vətəndaş itəaətsizliyinə səsləyən Kərimlinin Azərbaycanda “cihad” arzusunda olan radikal dindarlarla birlikdə unutdu ki, bu ölkədə hakimiyyət-xalq vəhdəti və birliyi amili sarsılmazdır!
Artıq tam əminliklə deyə bilərik ki, Əli Kərimli ilə Tale Bağırzadənin yeni vüsət almış sinxron fəaliyyətlərinin təməlində bax bu gün, yəni seçkidən sonrakı mühitdə Azərbaycan hakimiyyətinin beynəlxalq təzyiqlərə məruz qalmasını təşkil etmək idi. Bu gün Avropa təşkilatları və qurumları açıq-aşkar hücuma keçməyə başlayıblar, ancaq onların bu hücumlarının qarşısı qətiyyətlə alınır. Azərbaycanda heç bir sosial bazaya və xalqın dəstəyinə sahib olmayan “Milli Şura” və radikal dindarlar formalaşdırdıqları troll dəstələri vasitəsilə sosial şəbəkələrdə Azərbaycan hakimiyyəti haqqında dezinformasiya tirajlayır, dövlət və dövlətçilik üçün zərəli ideyaların yayılması ilə məşğul olurlar. Hətta bu qüvvələr Azərbaycan uğrunda öz sağlamlığını qurban vermiş Qarabağ veteranlarını belə təhqir etməkdən çəkinmədilər. Məgər bu sübutları azmı gördük, belə faktları azmı oxuduq?!
İndi, Ə.Kərimlinin yeni manevr edərək, guya həccə gedib “molla” olacağı barədə səslənən fikirlər tülkünün həccə getməsi olayını xatırladır. Belə “mollaların” oxuduqları “moizələr” isə çox qısa olur. Hətta o qədər qısa ki, özü də nə dediyini anlamağa imkan tapmır...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB