Pentaqon ABŞ əsgərlərinin 2011-ci ildən sonra da İraqda qalması məsələsini düşünə biləcəyini açıqlayıb. SİA-nın "TRT Haber"ə istinadən verdiyi xəbərə görə, ABŞ müdafiə naziri Robert Qeyts bildirib ki, bunun üçün İraqda qurulacaq yeni hökumətdən bir tələb gəlməlidir.
Malayziyada səfərdə olan Qeyts burada keçirdiyi mətbuat konfransında əsgərlərini 2011-ci ildən sonra da ABŞ-da saxlama fikrinə açıq olduqlarını, amma qərarı Bağdadın verəcəyini deyib.
Hələ də təhlükəsizlik problemləri ilə qarşı-qarşıya olan İraqın ABŞ-dan əsgərlərini 2011-ci ilin sonunda tamamilə çəkməməsini tələb etməsi gözlənilir.
Xatırladaq ki, ABŞ İraqdakı son döyüş qüvvələrini bu ilin avqustunda geri şəkib. Amma İraqda hələ də dəstək və təlim məqsədilə 50 min ABŞ əsgəri var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB