MDB-nin icraçı katibi Bayraq Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
"Bayraq günü münasibətilə bütün azərbaycanlıları təbrik edirəm". Bu sözləri MDB-nin 20 illik yubileyinə həsr olunan Beynəlxalq Forumun açılışı zamanı MDB-nin icraçı katibi Sergey Lebedev deyib.
Azərbaycan üçün çox önəmli bir gün olduğunu deyən icraçı katib dövlətimizə uğurlarının davamını arzulayıb: "Bu gün Azərbaycanın tarixində əlamətdar gündür. Azərbaycan tarixdə ilk dəfə olaraq Bayraq Günü qeyd edilir. Bu münasibətlə mən bütün Azərbaycan vətəndaşlarını təbrik edir, onlara və bu ölkəyə uğurlar arzulayıram".
Təbrik zamanı Lebedev belə bir gündə Azərbaycanda olduğuna görə də xüsusilə şad olduğunu qeyd edib: "Bu gün burada dil və mədəniyyət mövzusunda çox önəmli bir konfrans üçün toplaşmışıq. Azərbaycanın tarixində ilk dəfə qeyd edilən əlamətdar bir gündə, MDB-nin 20 illik yubileyinə həsr olunmuş belə bir tədbirin keçirilməsi səbəbilə burada olduğumuza görə şadıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB