Serbiya Parlamentinin sədr müavini Veralub Arsiç aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı mətbuat konfransı keçirib. Veralub Arsiç qeyd edib ki, keçirilən seçkilər yüksək səviyyədə təşkil olunub və yüksək nəticəyə görə Prezident İlham Əliyevi təbrik edir: “Ona işlərində böyük uğurlar arzu edirəm”-deyə ölkə başçısına təbriklərini çatdıran Serbiya Parlamentinin sədr müavini həmçinin bildirib ki, Azərbaycanda bayram əhval-ruhiyyəsinin şahidi olub: “Xalq öz prezidentini seçmək üçün sərbəst şəkildə, həm də fəallıqla məntəqələrə gedir, səsini verirdi. Məntəqələrdə olarkən hər hansı neqativ halla qarşılaşmadıq. Təşkilatçılıq yüksək səviyyədə idi”.
Veralub Arsiç Serbiya və Azərbaycan arasında mövcud olan və bir sıra sahələri əhatə edən münasibətlərə də toxunaraq qeyd edib ki, iki ölkə arasında münasibətlər uğurla davam edir və gələcəkdə daha böyük nailiyyətlər əldə olunacaq.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB