Lord David Evans: "Səsvermə açıq və şəffaf keçirilib"

Lord David Evans: "Səsvermə açıq və şəffaf keçirilib"

"Azərbaycan xalqı prezident seçkilərində böyük fəallıq göstərdi". APA-nın xəbərinə görə, bunu Böyük Britaniyanın Lordlar Palatasının üzvü David Evans prezident seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında deyib. O bildirib ki, Böyük Britaniya müşahidə missiyası 7 seçki məntəqəsinə baş çəkib: "Məntəqələrdə səsvermə prosesi yaxşı təşkil olunmuşdu".

Britaniyalı müşahidəçi qeyd edib ki, seçki prosesinin idarə olunması bütün seçki məntəqələrində eyni olub: "Biz seçki məntəqələrində olanda proseslər açıq və şəffaf keçirilmişdi".

Bütün xəbərlər Facebook səhifəmizdə