“Azərpoçt “ MMC-nin regionlarda yeni poçt şöbələri istifadəyə verilib
9 Noyabr Dövlət Bayrağı günü ilə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərpoçt " MMC tərəfindən noyabr ayının 4-ü və 5-də regionlarda yeni tikilmiş obyektlər istifadəyə verilib.
Nazirlikdən SİA-ya verilən məlumata görə, Yardımlı rayonunun Köyrədi, Porsova, Arus, Çayüzü kəndlərində, eləcədə Kürdəmir rayonunun Atakişili kəndində poçt şöbələrinin yeni tikilmiş binaları əhalinin istifadəsinə verilir.
Milli üslubda tikilən yeni binalar müasir texniki avadanlıqlarla və mebel ilə təmin olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB