“Seçki bülletenləri Seçki Məcəlləsinin tələbinə uyğun olaraq hazırlanıb” MÜNASİBƏT
“Bu gün biz dairə seçki komissiyalarına seçki bülletenlərinin paylanılması prosesinə başlayırıq”. SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib.
Onun sözlərinə görə, 125 dairə seçki komissiyasının hamısı bu bülletenləri yaxın 3 gün ərzində alacaqlar: “Bu gün biz qrafikə uyğun olaraq 41 seçki dairəsini poliqrafiya müəssisəsinə dəvət etmişik. 41 seçki dairəsi müvafiq bülletenləri alacaqlar. İlk olaraq biz Naxçıvan Muxtar Respublikasının və ucqar yerlərdə olan seçki dairələrinin nümayəndələrini dəvət etmişik. Yəni bizim üzən gəmilərdə, səfirliklərdə və nisbətən uzaq ərazilərimizdə yerləşən seçki məntəqlərinin təmin olunması ilə başlayırıq. Proses martın 24-dən etibarən başlayıb. Mərkəzi Seçki Komissiyasının (MSK) qərarı ilə Seçki Məcəlləsinin tələbinə uyğun olaraq seçkilərə 10 gün qalmış bu proses sona yetməlidir. Həm MSK-nın üzvləri, həm yerli və beynəlxalq müşahidəçilər, həm də mətbuatın iştirakı ilə biz şəffaf seçki bülletenlərinin çap olunmasını təmin etmişik.
Bu gün artıq mətbəədə seçicilərin sayına uyğun olaraq 5347803 (beş milyon üç yüz qırx yeddi min səkkiz yüz üç) seçki bülleteni çap olunub. Seçki bülletenləri Seçki Məcəlləsinin tələbinə uyğun olaraq hazırlanıb. Hesab edirəm ki, seçki gününə Azərbaycan seçicilərinin bülletenlə təminatı məsələsinin vaxtında təmin olunması ilə bağlı heç bir problem olmayacaq. Bundan başqa gözdən əlil vətəndaşlarımız üçün müvafiq trafaretlər hazırlanıb. Eləcə də məntəqə seçki komissiyalarında hərəkət məhdudiyyəti olan seçicilərimiz üçün xüsusi şərait (panduslar) də yaradılıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB