® Fəzail Ağamalının seçicilərlə kütləvi görüşü başa çatıb

® Fəzail Ağamalının seçicilərlə kütləvi görüşü başa çatıb

60 Saylı Salyan – Neftçala seçki dairəsindən namizədliyi qeydə alının Fəzail Ağamalının seçicilərlə kütləvi görüşü sona çatıb. SİA-nın məlumatına görə, o, oktyabrın 28-də I və II Varlı, oktyabrın 29-da Aşağı və Yuxarı Noxudlu, Düzənlik, oktyabrın 30-da isə Kolanı və Peyk kəndlərində seçicilərlə görüşmüş, görüşdə çoxsaylı kənd əhalisi iştirak edib.

Görüşdə çıxış edən seçicilər region üçün səciyyəvi olan kəndlərin qazlaşdırılması, yolların, məktəblərin bərpası, yeni məktəb binalarının tikilməsi və Düzənlik, I və II Varlı, Kolanı və Peyk kəndlərində sutəmizləyici qurğuların yerləşdirilməsi kimi məsələlərin həllini vacib olduğunu vurğulayıblar.

Fəzail Ağamalı ötən 5 ildə fəaliyyətinin bütün tərəfləri üzərində dayanmış, seçicilər qarşısında bir daha hesabat verərək, onların diqqətinə çatdırıb ki, onun da ciddi səyləri nəticəsində 2007-ci ildə Salyanın bütün kəndlərinin qazlaşdırılması haqqında dövlət proqramı qəbul edilib, məktəblərin tamamilə yenidən qurulması üçün dövlət proqramı hazırlanır, yolların müasir tələblər səviyyəsində qurulması prosesi də getdikcə sürətlənir. Bu və buna bənzər problemlərin aradan qaldırılması ölkə prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Ölkə pezidentinin xususi tapşırığına əsasən 2013-cü ilə qədər yuxarıda qeyd olunan bütün problemlər tam aradan qaldırılacaqdır.

Fəzail Ağamalı eyni zamanda, prezident İlham Əliyevin xarici siyasətinin uğurları üzərində dayanmış, işgal olunmuş torpaqlarımızın azad edilməsi istiqamətində ortaya qoyduğu siyasi iradənin, qətiyyət və prinsipiallığın yaratdığı üstünlükləri önə çəkmiş, seçiciləri ölkə prezidenti ilə hər zaman bir olmağa səsləyib.

Seçicilər Fəzail Ağamalı ilə görüşdən razı qaldıqlarını və qarşıdan gələn parlament seçkilərində bir daha ona səs verəcəklərini bildiriblər.

Oktyabrın 31-də Fəzail Ağamalı seçki qərərgahında Xıdırlı, Kürsəngi, Qarabağlı, Təzəkənd və Çuxanlı kəndlərinin nüfuzlu şəxsləri ilə fərdi görüşlər keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə