“İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunda ikinci panel üzrə müzakirələr başlayıb. SİA-nın verdiyi məlumata görə, “Meydana çıxan yeni güclər” mövzusu ətrafında çıxışlar gedir.
Artan/yüksələn güclər qlobal münasibətlərə necə təsir edir?
Panelin moderatoru Avropa Parlamentinin üzvü (1999-2014), Avropa Parlamentinin Vitse-prezidenti (2007-2012) Rodi Kratsadır.
Spikerlər Rumıniya Baş nazirinin müavini Ana Birçall, Pakistan İslam Respublikasının Baş naziri (2004-2007) Şövkət Əziz, Qırğız Respublikasının Baş naziri (2014-2015) Coomart Otorbaev, Latviya Respublikasının Baş naziri (2014-2016) Laimdota Straucuma, Albaniya Respublikasının Prezidenti (1992-1997) Sali Berişa, İsveç Beynəlxalq Əlaqələr İnstitutunun direktoru və Dünya Bankında BMT ilə münasibətlər və xarici əlaqələr sahəsi üzrə sabiq vitse-prezident Mats Karlsson, Qlobal Kiber Alyansının Baş icraçı direktoru Mary Kavaney, Benin Respublikasının Prezidenti (1991-1996); Benin Respublikasının Baş Naziri (1990-1991) Nicephore Soglodur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB