Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin oğlu dostuna görə istefaya getdi

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin oğlu dostuna görə istefaya getdi
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yuri Xaçaturovun oğlu Qrişa vəzifəsindən istefa verib. SİA-nın məlumatına görə, 4-cü ordu korpusunun komandan müavini postunu tutan Qrişanın istefa ərizəsi artıq müdafiə naziri tərəfindən imzalanıb. Onu da qeyd edək ki, bir müddət əvvəl onun dostu, hərbi hissə komandiri Vardan Martirosyan həbs olunub. Səbəb isə Martirosyanın hərbi hissəni qazanc mənbəyinə çevirməsi olub. Martirosyan əsgərləri onunçün bank kreditləri götürməyə məcbur edib. Məqsədinə də nail olub. Nəticədə həbs olunub. Qrişa isə dostunun azad olunmayacağı təqdirdə istefa verəcəyini bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə