MSK sədri: "MSK-ya maliyyə hesabatını 18 siyasi partiya təqdim edib"

MSK sədri: "MSK-ya maliyyə hesabatını 18 siyasi partiya təqdim edib"

"İndiyədək Mərkəzi Seçki Komissiyasına (MSK) 2017-cı il üzrə maliyyə hesabatını 18 siyasi partiya təqdim edib". SİA-nın verdiyi məlumata görə, bunu MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, partiyaların maliyyə hesabatlarını təqdim etməsi prosesi davam edir.

Qeyd edək ki, Azərbaycan Ədliyyə Nazirliyində 55 siyasi partiya dövlət qeydiyyatına alınıb. Mərkəzi Seçki Komissiyası aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə