Minskdə Regional Rabitə Birliyinin işçi qrupunun iclası başa çatıb

Minskdə Regional Rabitə Birliyinin işçi qrupunun iclası başa çatıb
Belarusun paytaxtı Minskdə Regional Rabitə Birliyinin (RRB) işçi qrupunun toplantısı başa çatıb. SİA-nn məlumatına görə, cari ilin 25 oktyabr tarixində işə başlayan tədbirdə Azərbaycanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Dövlət Radiotezliklər İdarəsinin baş mühəndisi İlham Əfəndiyev təmsil edib.

Toplantı çərçivəsində təşkilatın peyk rabitəsinin aktual inkişaf istiqamətlərinin öyrənilməsi üzrə ekspert qrupunun birgə iclası keçirilib. Toplantıda dünya rabitə konfransına hazırlıqla bağlı məsələlər müzakirə olunub, ümumi təkliflər hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə