"Əl Qaidə" terror təşkilatının lideri Üsamə Bin Laden Afrika ölkələrindən Nigeriyada keçən ay 5 Fransa vətəndaşının qaçırılması ilə bağlı rəsmi Parisi ittiham edib.
SİA-nın "TRT Haber"ə istinadən verdiyi məlumata görə, "Əl Cəzirə" televiziyasının xəbərində bildirilir ki, Üsamə Bin Laden Fransanı hədəfə aldığı səsli mesajında Nigerdə 5 fransızın qaçırılmasının Fransanın müsəlmanlara etdiyi haqsızlığa verilən reaksiya olduğunu deyib.
Bin Laden Fransanın Əfqanıstandakı müharibəni dəstəkləməsi və çadranın qadağan edilməsi səbəbilə fransızların öldürüləcəyini bildirib.
ABŞ və müttəfiqlərinə səslənən Bin Laden "Ölkələrimizi işğal edib, qadınlarımızı və uşaqlarımızı öldürüb, sülh və təhlükəsizlik içərisində yaşamağı gözləməyə haqqınız yoxdur. Çox sadə düsturdur - öldürərsinizsə, öldürülərsiniz" deyib.
"Əl Qaidə" liderinin açıqlamalarına Fransanın daxili işlər naziri Bris Otrofödən cavab gəlib. Nazir terror təhlükəsinin olduğunu və buna qarşı tədbirlər gördüklərini deyib. Fransa rəsmisi bu il ərzində ölkədə 84 terrorçunun həbs edildiyini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB