Azərbaycan Prezidenti Kiyevdə Heydər Əliyevin abidəsini ziyarət edib

Azərbaycan Prezidenti Kiyevdə Heydər Əliyevin abidəsini ziyarət edib

Prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Kiyevin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.

SİA-nın məlumatına görə, dövlətimizin başçısına abidənin ətrafında aparılacaq abadlıq işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, abidənin ətrafı yenidən qurulacaq, bura istirahət məkanına çevriləcəkdir.

Sonra Prezident İlham Əliyev Azərbaycanın Ukraynadakı səfirliyinin yerləşdiyi əraziyə gəlib. Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, diplomatik nümayəndəliyimizin ərazisində də abadlıq və yenidənqurma işlərinin görülməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə