Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkelin sabahdan etibarən Rusiya dövlət başçısı Vladimir Putinlə görüşü planlaşdırılır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Yelisey Sarayı məlumat yayıb.
Verilən məlumata görə, liderlər Suriyada atəşkəs qərarının tətbiq edilməsi və sülhün təmin olunması mövzularında birgə müzakirə aparacaqlar.
Həmçinin qeyd edilib ki, Fransa xarici işlər naziri Jan Yves Le Drianın növbəti həftə Rusiyanın paytaxtı Moskvaya ziyarəti reallaşacaq.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB