Ərdoğan: “Bunun əvəzini ağır ödəyərlər”

Ərdoğan: “Bunun əvəzini ağır ödəyərlər”

“Türkiyənin Silahlı Qüvvələri Afrinə daxil olmağa cəhd edən Bəşər Əsədi dəstəkləyən hərbi dəstələrin qarşısını alıb”. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan bəyan edib.

Ərdoğan bildirib ki, dünən içərisində Suriya hökümətinin tərəfdarları olan 10-na yaxın avtomobil Afrin ərazisinə daxil olmağa cəhd edib: “Onlar Türkiyə artilleriyasının atəşindən sonra Afrin şəhərindən geri çəkiliblər. Həm İran prezidenti, həm də Rusiya prezidenti ilə danışıqlarda bu məsələni müzakirə etdik. Təəssüflər olsun ki, bəzi terrorçu qruplar özləri bəzən yanlış qərarlar verirlər. Bunlara fürsət verməyimiz mümkün deyil. Bunun əvəzini ağır ödəyərlər".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə