Avropa İttifaqından 20-yə yaxın müşahidəçi qrup Azərbaycanda seçkilərin gedişini izləyəcək

Avropa İttifaqından 20-yə yaxın müşahidəçi qrup Azərbaycanda seçkilərin gedişini izləyəcək

Avropa İttifaqından (Aİ) təxminən 15-20 müşahidəçi qrup, o cümlədən Aİ-nin üzv ölkələri və strukturlarının nümayəndələri Azərbaycanda parlament seçkilərinin gedişini izləyəcək. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia deyib. Onun sözlərinə görə, Avropa Birliyinin təmsilçiləri həm ATƏT missiyasının tərkibində, həm də ayrılıqda müşahidəçilik edəcəklər: "Seçkiləri müşahidə etmək üçün Avropa Parlamentinin 7 nəfərdən ibarət qısamüddətli missiyası gələcək. Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin təmsilçiləri də Azərbaycana gələcəklər. Bundan başqa, Avropa Birliyi ölkələrinin Azərbaycanda akkreditə olunmuş diplomatik missiyalarının nümayəndələri də seçkiləri müşahidə edəcək".

 

Seçkiqabağı vəziyyəti necə qiymətləndirdiyi haqda sualı cavablandıran səfir bəyan edib ki, AB ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun ilk aralıq hesabatında verilən qiyməti dəstəkləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə