Prezident İlham Əliyev Rusiya Federasiyasında işgüzar səfərdədir

Prezident İlham Əliyev Rusiya Federasiyasında işgüzar səfərdədir

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. SİA-nın məlumatına görə, bövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıb.

Qeyd edək ki, səfərdə məqsəd Rusiya prezidenti Dmitri Medvedevin təşkilatçılığı ilə federasiyanın Həştərxan vilayətində Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsidir. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə olunacaq.

Prezidentlər sonuncu dəfə bu formatda cari ilin iyununda Sankt-Peterburqda görüşüblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Rusiya Federasiyasına işgüzar səfərə gəlib. Həştərxan şəhərinin hava limanında dövlətimizin başçısını Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə