Hökumət martın 16-da deputatlara hesabat verəcək

Hökumət martın 16-da deputatlara hesabat verəcək

Hökumətin Milli Məclisə hesabat verəcəyi tarix məlum olub. SİA-nın məlumatına görə, Milli Məclis martın 16-da hökumətin son bir illik fəaliyyətinə qiymət verəcək.

İclasda deputatlar Nazirlər Kabinetinin son bir illik fəaliyyətini müzakirə edəcək, müvafiq təkliflər səsləndiriəcəklər.

Parlamentdə hökumətin 2017-ci ilin yekunlarına dair hesabat məruzəsini Baş nazir Artur Rasizadənin edəcəyi gözlənilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə