“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada rəsmi səfərdə olan ABŞ dövlət katibi Reks Tillersonla danışıqlar zamanı Türkiyənin ABŞ-dan gözləntilərini açıqlayıb. Ərdoğan və Tillerson arasında qapalı görüş 3 saat 15 dəqiqə davam edib”. Bunu SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib.

Onun sözlərinə görə, ABŞ dövlət katibinin sonuncu görüşü Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu ilə olacaq: “Sonda birgə mətbuat konfransı gözlənilir. Biz ümidvarıq ki, iki NATO müttəfiqi özü münasibətlərini yaxşılaşdırmaq, problemlərinin birgə həlli istiqamətində qərarlar qəbul edəcək”.
Asim Mollazadə həmçinin ABŞ-ın dövlət katibi Tillersonun Livana səfəri zamanı rastlaşdığı xoşagəlməz hadisəyə də münasibət bildirib: “Tillersonun xoşagəlməz hadisə ilə üzləşməsi ümumi bu ölkədə olan əhval-ruhiyyədən irəli gəlir. Ümumiyyətlə bu, xoşagəlməz beynəlxalq protokolu pozan hadisədir və bunu mənfi qiymətləndirmək lazımdır. Mənə elə gəlir ki, bu hadisənin günahkarları əslində beynəlxalq qınaqla üzləşəcəklər”.
Qeyd edək ki, ABŞ-ın Dövlət katibi Tillerson Livana səfəri zamanı xoşagəlməz hadisə ilə üzləşib. Məlumata görə, Tillerson Livan prezidenti Aun ilə görüşmək üçün Prezident sarayına gedib, amma onu kimsə qarşılamayıb. Protokol idarəsinin əməkdaşları Tillersonu boş bir otaqda və tək-tənha bir saata yaxın gözlədiblər. Livan televiziyasının reportyorları həmin kadrı canlı yayımla bütün dünyaya yayıblar. Eyni zamanda həmin kadrlar sosial şəbəkələrdə paylaşılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB