İndoneziyanın Sumatra adasında baş verən sunami qurbanlarının sayı artıb. SİA-nın məlumatına görə, 7,7 bal gücündəki zəlzələdən sonra yaşanan sunamidə 113 nəfər ölüb, 500 nəfər isə itkin düşüb.
İndoneziyanın şimalındakı Paqayi və Silabu bölgələrində dalğaların hündürlüyü 3 metrə çatır. Dalğalar quruya doğru 600 metr irəliləyib.
Üstəlik, ölkədə bir vulkan da fəaliyyətə başlayıb. 4 il fasilədən sonra püskürən Merapi vulkanı da 1 uşağın ölümünə, 20 nəfərin yaralanmasına səbəb olub. Vulkanın içərisindəki təzyiqin artdığı, son illərdəki ən güclü partlayışlardan birinin yaşana biləcəyi açıqlanıb. Vulkan bölgəsindən 19 min nəfər evakuasiya edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB