Daxili İşlər Nazirliyi 8-ci kilometr bazarında baş verən yanğınla bağlı açıqlama yayıb
Daxili İşlər Nazirliyi (DİN) Bakıda "8-ci kilometr bazarı" adlanan Ticarət Mərkəzində baş verən yanğınla bağlı açıqlama yayıb. SİA-nın DİN-in rəsmi internet saytına istinadən xəbərinə görə, oktyabrın 25-də saat 22.00 radələrində Nizami rayonu Naxçıvanski küçəsindəki Ticarət Mərkəzində baş verən yanğın nəticəsində 4.500 kvm. sahədə ticarət köşkləri və oradakı əşyalar yanıb.
Bildirilib ki, yanıq xəsarətləri almış Bakı şəhər sakinləri Tofiq Zülfüqarov, Cavid Balayev, Rasim Cəlilov, Əziz Kərimov, Aslan Quliyev, Cavid Yaqubov və İqor Qurquzov xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB