İlham Əliyevin prezdentliyə namizədliyinin qeydə alınması üçün sənədlər MSK-ya təqdim edildi
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyinin qeydə alınması üçün tələb edilən sənədlər Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilərərk Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına təqdim edilib.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının 2018-ci ili fevral ayının 8-də VI qurultayı keçirilmişdir. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə yekdilliklə qərar qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB