“Şərq tərəfdaşlığı” proqramı iştirakçılarının ikinci sammiti gələn il keçiriləcək
Avropa Birliyinin "Şərq tərəfdaşlığı" proqramı iştirakçılarının ikinci sammiti 2011-ci ilin mayında keçiriləcək. SİA-nın xəbərinə görə, bu barədə qərar Avropa Birliyinə üzv 27 ölkənin xarici işlər nazirlərinin Lüksembruqdakı iclasında qəbul edilib. "Şərq tərəfdaşlığı" çərçivəsində yüksək səviyyəli ikinci görüş tərəflərə proqramın reallaşdırılmasındakı irəliləyişi təhlil etmək və gələcək prioritetləri müəyyənləşdirmək imkanı verəcək.
Sammitdən əvvəl-bu ilin noyabrında Brüsseldə "Şərq tərəfdaşlığı" iştirakçılarının nazirlər səviyyəsində görüşü keçiriləcək.
Qeyd edək ki, "Şərq tərəfdaşlığı" proqramının təsis sammiti 2009-cu ilin mayında Praqada keçirilib. Pproqram AB-nin şərq qonşuları ilə əməkdaşlığının aktivləşdirilməsini nəzərdə tutur. 2013-cü ilədək həyata keçirilməsi üçün 600 milyon avro ayrılan proqrama Ukrayna, Belarus, Gürcüstan, Azərbaycan, Ermənistan və Moldova daxildir. Bu vəsait dövlət institutlarının, sərhəd nəzarətinin gücləndirilməsi və xırda şirkətlərə yardım gcöstərilməsinə istiqamətləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB