Türkiyə XİN: Niderlandla bağlı vəziyyət yenidən dəyərləndirilə bilər

Türkiyə XİN: Niderlandla bağlı vəziyyət yenidən dəyərləndirilə bilər

Niderlandın bir ilə yaxın müddət ərzində Türkiyəyə girişinə icazə verilməyən Ankaradakı səfiri Kees van Riji rəsmən geri çağırması iki ölkə arasındakı siyasi böhranı daha da gərginləşdirib. Buna baxmayaraq, rəsmi Ankara Niderland-Türkiyə münasibətlərinin normallaşması istiqamətində qarşı tərəfdən addımlar atılacağını gözləməkdədir.

Türkiyə Xarici İşlər Nazirliyi(XİN) xəbər verir ki, XİN-in sözçüsü Hami Aksoy yaranmış vəziyyəti şərh edərkən deyib: “Əgər Niderland tərəfi iki ölkə arasında münasibətləri normallaşdırmaq istiqamətində siyasi iradə nümayiş etdirərsə, Türkiyə tərəfi vəziyyəti dəyərləndirməyə hazırdır”.

Qeyd edək ki, ötən ilin mart ayından iki ölkə arasında siyasi böhran hökm sürür.

Bütün xəbərlər Facebook səhifəmizdə