Bir müddətdir Fransa prezidenti Emmanuel Makronun Dağlıq Qarabağla bağlı verdiyi açıqlamalar, işlətdiyi ifadələr diqqət çəkməkdədir. Makron Parsidəki erməni diaspor təşkilatları ilə görüşür, Qarabağ münaqişəsinin nizamlanmasından danışır. Hətta Parisdəki erməni təşkilatlarının əlaqələndirmə şurasının iclasına qatılan Fransa prezidenti Qarabağa səfər edəcəyini də bildirir. Düzdür Makron Qarabağa səfəri ilə bağlı fikirlərini bir qədər ehtiyyatla, diplomatik tərzdə səsləndirib. Deyib ki, ancaq münaqişə tam tənzimlənəndən sonra Qarabağa gedə bilər.
İlk baxışdan Makronun Dağlıq Qarabağa münaqişənin ədalətli həllinin ardından, Azərbaycanın ərazi bütövlüyü təmin olunduqdan sonra getmək istəməsində qeyri-adi heç nə yoxdu. Üstəlik Azərbaycan rəsmiləri Fransa prezidentini öz ərazisində - Qarabağda görməkdən məmnunluq duyar. Hər bir halda Fransa münaqişənin sülh yolu ilə həllinə çalışan ATƏT-in Minsk Qrupunun həmsədr ölkərindən biridir.
Lakin bu gün azərbaycanlıları narahat edən əsas məqam cənab Emmanuelin məhz ermənilərlə görüşündə Qarabağa səfərindən danışmasıdır. Tərəfsiz bir ölkənin rəhbəri kimi Makron Fransadakı Azərbaycan nümayəndə heyyəti ilə də bir araya gələ bilərdi və Qarabağ torpağının əsl sahiblərinə gələcəkdə öz səfəri ilə bağlı məlumat vermiş olardı. Görünür Makron da əvvəlki sələflərindən heç nəyi ilə fərqlənmir. Parisin yüksək çinli məmurlarının illərdir erməni sevdası və ya varlı ermənilərin təziyiqi ilə Dağlıq Qarabağ münaqişəsinə kor prizmasından yanaşması sadəcə təssüf doğurur.
Bu gün Fransa görüntü üçün kompromis tərəftarı olduğunu bildirsə də reallıqda Paris heç də ədalətli mövqey sərgiləmir. Bundan əlavə Fransanın baş diplomatı da ststus-kvonun problemin həlli olmadığını anlayır. Lakin işğalçı Ermənistana beynalxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınan Qarabağdan "çəkil" sözü deyilmir. Əvəzində Parisdən “Münaqişə tərflərini dinləmək yolu davam etdiriləcək” kimi ikrah doğuran açıqlamalar gəlir. Fransa sanki işğalçı Ermənistana vaxt udmaq üçün əlavə dvidentlər qazandırır.
Xülasə Emmanuel Makron haçansa Qarabağa gedəcəksə bu Bakıdan keçəcək. İstəsə də, isətməsə də Fransa prezidentinin Qarabağa başqa yolu yoxdur. Biz də qonaqpərvər ölkə kimi Makronu Bakıda necə qarşılayarıqsa Şuşada da o cür qəbul edərik.
İ.Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB