2010-cu ilin 9 ayı ərzində Lənkəran Şəhər Qeydiyyat Şöbəsi tərəfindən Lənkəran rayonu üzrə 1341 nikah faktı qeydə alınıb. Bu da ötən ilin 9 ayı ilə müqayisədə 184 fakt çoxdur.
Bu barədə məlumatı SİA-nın cənub bürosuna şöbənin rəisi Əzizulla Şükürov verib. Onun sözlərinə görə, əgər ötən ilin 9 ayı ərzində 2472 doğum, 1157 nikah, 902 ölüm və 81 boşanma qeydə alınıbsa, cari iln hesabat dövründə müvafiq olaraq 2891 doğum , 1157 nikah, 1043 ölüm qeydiyyatı aparılıb. Boşanmaların sayı isə 94 olub. Rəqəmlərdən göründüyü kimi bütün göstəricilərdə artım müşahidə olunub.
Ə.Şükürovun sözlərinə görə, ötən ilin müvafiq dövründə boşanmaların sayı 81 olubsa, bu ilin 9 ayında 94 ailə nikahlarını pozmağa qərar verib. Bu da ötən ildəkindən 13 fakt çoxdur. Boşanmaların əksəriyyəti xasiyyətin uyuşmaması, qısqanclıq, sosial problemlərlə bağlı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB