“Əli Kərimli yaratdığı saxta profillərlə Markı belə keçib” MÜNASİBƏT
“Vaxtilə Elçibəyə qarşı edilən haqsızlıqlar, iyrənc oyunlar bu gün də onun yolunu davam etdirən AXCP sədri Razi Nurullayevə qarşı edilir. Amma siyasət gücsüzləri bağışlamır. Keçmişdə etdiyi siyasi hiyləgərliyi bu gün də davam etdirən Yurd sədri Əli Kərimli son günlər varlığını sübut etmək üçün dəridən-qabıqdan çıxıb. Hətta bir yazımda ona siyasi əlillik dərəcəsi də vermişdim”. Bunu SİA-ya açıqlamasında alternativ AXCP-nin sədr müavini Ehtiram Mehdiyev deyib
Onun sözlərinə görə, Əli Kərimli illərin ardınca məğlubiyyətə məhkum olsa da, amma tutduğu "qanlı əli" buraxmadı: “Çoxları onun hansı "yuvanın siyasətçisi" olduğunu yaxşı bilir. Virtual aləmin "qəhramanı"na çevrilən Əli Kərimli sosial şəbəkələrdə minlərlə yaratdığı saxta profillərlə hətta Markı belə keçmişdi. Ona qarşı yazılan statuslarda ifadə sahiblərinin aqibəti ya vətən xaini olur, ya da "YAP"çı elan edirlər. Bəzən isə tutduğu yaxanı buraxmırlar. Adamı yazdığına peşman edirlər. Bəzən onun halına çox acıyıram.
Son günlər isə AXCP sədri Razi Nurullayevə qarşı yeni kampaniyaya başlayıblar. Xalqın gözündən düşmüşlər bu gün baxımsız qalan partiyanı xalqa qaytaran fağır liderə qarşı iyrənc oyuna start veriblər. Biz bilirik nə istədiyini, ay "Yurd" sədri. Amma bizi haqq yolumuzdan döndərə bilməyəcəksən. AXCP sənin mülkün deyil. AXCP xalqındır, sən isə xalq düşməni”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB