Tramp FBI-də yaranan problemlərdən danışıb

Tramp FBI-də yaranan problemlərdən danışıb

ABŞ prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunda (FBI) yaranan problemlərdən danışıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Tramp FBI agentləri arasında göndərilən minlərlə mesajın yoxa çıxmasında “Samsung” şirkətini günahlandırıb.

Onun sözlərinə görə 50 mindən çox mesajın qalıcı olaraq silinməsinin səbəbkarı Cənubi Koreyanın texnologiya lideridir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə