“ABŞ indi Türkiyə ilə əməkdaşlıqdan danışır” MÖVQE

“ABŞ indi Türkiyə ilə əməkdaşlıqdan danışır” MÖVQE

“Rusiya prezidenti Vladimir Putin ötən il bir məktəbli ilə söhbəti zamanı Rusiyanın sərhədlərinin sonsuz olduğunu dilə gətirmişdi. Bununla da Putin qoşunlarının ölkəsindən çox-çox uzaqlarda olmasına işarə vurmuşdu. Eyni mövqeyi ABŞ da sərgiləyir”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan isə “Bizim başqa torpaqlarda gözümüz yoxdur” deməsi bu məsələdə qardaş ölkənin yalnız milli təhlükəsizlik nöqteyi-nəzərindən çıxış etdiyi görünür: “Rusiya və ABŞ-ın Suriyadan min kilometrlərlə uzaq olmasına baxmayaraq, onlar da öz milli təhlükəsizliyini qoruduqlarını iddia edirlər. Bir anlıq Türkiyəni oyundan kənar hesab edərək ABŞ və Rusiyanın bölgədəki maraqlarına nəzər yetirək. Suriyanın heç bir maddi nemətlər bolluğu ilə diqqəti çəkən ölkə olmadığını bilirik. Uzun illərdir bu regionda mütləq söz sahibi olmaq uğrunda gedən döyüşlərin səbəbi nədir? Hesab edirəm ki, bu məsələdə Rusiya çox ciddi olaraq NATO qüvvələrinin Suriyanın aralıq dənizi sahillərinə yaxın latakiya bölgəsində yerləşməsini özünə qarşı təhdid kimi görür. Məhz bu bölgədən NATO uzaq mənzilli raketləri vasitəsilə Rusiyanın ən önəmli mərkəzi şəhərlərini hədəf ala bilər. Ona görə də Suriyanın bu bölgəsi hələ uzun müddət münaqişə ocağı olacaqdır”.

Politoloq bildirib ki, Türkiyənin nəzarətə götürməyə çalışdığı Afrin bölgəsi də Latakiya ilə birləşikdir: “Bu əməliyyat uğurla başa çatdıqdan sonar həm ABŞ, həm də Rusiya Türkiyə ilə yaxınlığa cəhd edəcəklər. Bu əməliyyatlar başlandığı andan hər iki ölkə yumşaq şəkildə öz narahatçılıqlarını bildirdilər. Rusiya məsələnin BMT Təhlükəsiz Şurasına çıxaracağını desə də bu təşkilaatdan ciddi dəstək almayacaqlarını da yaxşı bilidiyindən hələ də gözləmə mövqeyindədir. ABŞ isə artıq Türkiyə ilə əməkdaşlıqdan danışmağa başlayıb. Türkiyə də öz növbəsində bu müraciətə münasibət bildirib. Türkiyə tərəfi hətta ABŞ-la əməkdaşlığın mümkünlüyü şərtlərini də açıqlayıb. İlk növbədə Suriyadakı kürd birlşmələrinə silah verilməsinin dayandırılması tələbi irəli sürüb. Ötən ilin sonunda Donald Tramp kürd birləşmələrinə verilən silahların geri alacağını bəyan etsə də əslində onların könüllü şəkildə silahı təhvil verəcəklərini güman etmək sadəlöhvlük olardı. Çox güman ki, indi həmin proses gedir. Türkiyə ABŞ-la razılaşaraq kürd silahlılarından silahların geri alınması əməliyyatını həyata keçirir. Həm fürsətdən istifadə edib NATO ökəsi olan bir dövlətin quru qoşunlarının strateji bir bölgəyə nəzarət etməsinə imkan yaradılır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə