Bakı Metropolitenindən qeyri-adi “Yeni il” sürprizi EKSKLÜZİV

Bakı Metropolitenindən qeyri-adi “Yeni il” sürprizi EKSKLÜZİV

Bakı Metropoliteni sərnişinlərə “Yeni il” sürprizi hazırlayıb. Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev SİA-ya açıqlamasında bildirib ki, oktyabrın 30-da baş tutacaq “Yeni il” sürprizi qeyri-adi formada digərlərindən fərqlənəcək.

Qeyd edək ki, ötən il Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti (QSC) metro stansiyalarında növbəti dəfə bayram əhvalı yaşadıb. Şaxta baba və Qar qız metronun kiçik sərnişinlərinə - uşaqlara müxtəlif hədiyyələr, oyuncaqlar hədiyyə edib. Tədbirə “28 May” metro stansiyasından start verilmişdi. Tədbirdə Şaxta baba və Qar qız obrazlarında Bakı Mertopoliteni QSC-nin rəhbər işçiləri – qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev və marketinq şöbəsinin rəisi Lalə Babayeva olmuşdu.

Şaxta baba və Qar qız bütün metro stansiyalarını gəzərək balaca sərnişinlərə hədiyyələr paylayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə