Rəsmi Bakı Ermənistandan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Madrid prinsiplərinin yenilənmiş variantına münasibət bildirməsini gözləyir. SİA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı Qriqol Vaşadze ilə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, 2004-cü ildən başlayaraq Azərbaycanla Ermənsitan arasında dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində münaqişənin həlli üçün danışıqlara başlanılıb.
O, qeyd edib ki, 2007-ci ildə ABŞ, Fransa və Rusiyanın irəli sürdükləri təklif əsasında "Madrid prinsipləri" meydana gəldi. Yenilənmiş Madrid prinsipləri isə 2009-cu ildə masa üzərinə qoyuldu: "Bizim fikrimizcə Madrid prinsipləri münaqişənin həllində köməklik göstərəcək. Lakin Ermənistan tərəfinin hələ də bu təkliflərə münasibəti bəlli deyil. Astana da keçirilən Sammitə artıq bir ay qalıb və biz ümidvarıq ki, bu müddər ərzində onların masa üzərinə qoyulan təkliflərə münasibəti bəlli olacaq".
Eyni zamanda azərbaycanlı diplomat Azərbaycanın mövqeyini xatırladaraq bildirib ki, Ermənistan ordusu işğal olunmuş Dağlıq Qarabağ ərazisindən çıxarılmalı və məcburi köçkünlər geri qayıtmalıdırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB