"Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna müvafiq olaraq Azərbaycanda kütləvi aksiyaların keçirilməsi üçün müəyyən edilmiş açıq və qapalı yerlərin siyahısı açıqlanıb. SİA-nın məlumatına görə, yerlərin sayı ilə bağlı məlumat "Azərbaycan" qəzetində verilib.
Kütləvi aksiyaların keçirilməsi üçün müəyyən edilmiş açıq və qapalı yerlərin sayında artım var. Belə ki, bu il keçən ildəkindən 131 yer çox ayrılıb. Onlardan 91 qapalı, 40-ı isə açıqdır. İşğaı altında olan rayonların dairə seçki komissiyaları üzrə (DSK) seçicilər müvəqqəti məskunlaşdıqları bölgələrdə müəyyən edilmiş açıq və qapalı yerlərdən istifadə edə bilərlər. Qeyd edək ki, işğal altında olan rayonlar üzrə 7 DSK formalaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB