"Ermənistanda hökumətin adamları da ölkədən pul çıxarırsa, demək, ölkədə böhran pik həddə çatıb." Axar.az xəbər verir ki, bu sözlər erməni yazar Sərkis Artsruninin “1in.am” saytında dərc olunan məqaləsində yer alıb.
“Ermənistanda hökumətə bağlı olan insanlar var. Əgər Ermənistanda hökumətin adamları da ölkədən pul çıxarırsa, demək, ölkədə böhran pik həddə çatıb. Digər tərəfdən, biz açıq soyğunçuluğu müşahidə edirik. Beynəlxalq tədqiqatçıların açıqlamalarına əsasən, Robert Köçəryan və Serj Sərkisyan hakimiyyətdə olduğu müddət ərzində ölkədən 10 milyard dollara yaxın pul çıxarılıb. Bu isə ölkənin ümumi xarici borcuna bərabərdir. Korrupsioner məmurların xaricdəki biznesi üçün ölkə qarət olunur”, – deyə o bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB