Bakıda NATO-nun Mobil Təlim Qrupu tərəfindən təlim kursu keçirilir
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2017-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq proqramına əsasən, NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Bakıda “Birgə əməliyyat və qiymətləndirmə” mövzusunda təlim kursu keçirilir. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Silahlı Qüvvələrin Hərbi Akademiyasda keçirilən tədbir müddətində NATO nümayəndə heyəti tərəfindən iştirakçılara “NATO-nun hərbi strukturu”, “NATO-da hərbi tərəfdaşlıq”, “Əməliyyat planlaşdırma prossesi”, “Əməliyyatların qiymətləndirilməsi”, “Məlumatların toplanılması və təhlili” və digər mövzular barədə məlumatlar verilir, eləcə də müxtəlif məşğələlər təşkil edilir.
Dekabrın 8-dək davam edəcək tədbirdə Silahlı Qüvvələrin müxtəlif qoşun növlərindən hərbi qulluqçular iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB