Azərbaycan-Aİ əməkdaşlığının GƏLƏCƏYİ

Azərbaycan-Aİ əməkdaşlığının GƏLƏCƏYİ

“Azərbaycanın Avropa İttifaqı ilə çox ciddi və çoxşaxəli tərəfdaşlıq proqramları var. Ölkəmiz Aİ-ni özünə həm iqtisadi, həm hərbi, həm siyasi sahədə tərəfdaş kimi görür. Bu baxımdan Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı hər iki tərəfin xeyrinədir”. Bunu SİA-ya açıqlmasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Aİ-Azərbaycan arasında əməkdaşlığın bundan sonra daha da genişlənəcəyini deyən deputat söyləyib ki, qarşılıqlı maraqlar göz önündədir: “Həm enerji, həm nəqliyyat, həm mədəniyyət, həm də təhsil sahəsində maraqlar var. Bu əməkdaşlıq həm Avropa İttifaqı, həm də Azərbaycanın xeyrinədir. Hesab edirəm ki, Azərbaycan Aİ arasında yeni əməkdaşlıq sazişi imzalanacaq və bu əməkdaşlıq daha da güclənməcək”.

Ermənistanın Aİ ilə bağladığı sazişə gəlincə deputat qeyd edib ki, bu addım düşmən ölkənin növbəti dəfə beynəlxalq ictimaiyyəti aldatmağa cəhd etdiyi oyunlarının tərkib hissəsidir: “Ermənistan müstəqil dövlət deyil. Bu baxımdan da düşmən ölkə “Şərq Tərəfdaşlığı”nda sadəcə Rusiyanın təmsilçilik funksiyasını daşıyır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə