Politoloq: “Mövlud Çavuşoğlu həmsədrlərlə görüşməklə mesaj verdi” MÜNASİBƏT
“Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşünün mənası nədir? Birincisi, bununla Ankara demək istəyir ki, Dağlıq Qarabağ münaqişəsinin uzanmasından və Azərbaycan torpaqlarının işğal altında qalmasından narazıdır”. SİA-nın verdiyi məlumata görə, bunu açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, təsadüfi deyil ki, Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə son görüşlərində Qarabağ mövzusunu da gündəmə gətirir: “Doğrudur, nəticə yoxdur, ancaq bütün hallarda bu Ankaranın fəallığını artırmasına işarədir. İkincisi, Mövlud Çavuşoğlu həmsədrlərlə görüşməklə hamına mesaj göndərir ki, Türkiyənin Cənubi Qafqazda maraqları Rusiyanın maraqlarından az deyil. Bölgənin enerji resursları və boru xətləri Türkiyəyə uzanır. Demək Ankaranın fəallığı tək elə bu səbəbdən də anlaşılandır. Əsas sual budur: Kreml Ankaranın Qarabağ münaqişəsinin həllindəki artan fəallığına mane olmayacaq ki?”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB