Daşnaklar Bakıya gəlib
Bu gün Bakıda Sosialist İnternasionalının MDB, Qafqaz və Qara dəniz hövzəsi üzrə regional toplantısı keçirilir. SİA-nın məlumatına görə, tədbir bu gün səhər saat 10:00-da başlamalı olsa da, müəyyən səbəblərə görə, indiyə qədər uzanmalı olub. Tədbirin başlamamasına səbəb ölkəmizə səfər edən Ermənistanın Daşnaksutyun Partiyasının təmsilçilərindən birinin kömrük məntəqəsində saxlanması olub.

Belə ki, onlardan birinin Argentina vətəndaşı olması viza məsələsinin həllində problemlər yaradıb. Sosialist İnternasionalının regional komitəsi baş katibi Luis Aylanın köməkçisinin verdiyi xəbərə görə, problemlər aradan qaldırılıb. Tədbir 20 dəqiqədən sonra öz işinə başlayacaq.

Qeyd edək ki, Sosinternin Bakı toplantısı iki gün (11-12 oktyabr) davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə