Seymur Orucov: “Azərbaycanda xalq-iqtidar birliyi möhkəm əsaslara söykənir” AÇIQLAMA

Seymur Orucov: “Azərbaycanda xalq-iqtidar birliyi möhkəm əsaslara söykənir” AÇIQLAMA

“Yeni Azərbaycan Partiyasının 25 illiyi ilə bağlı keçirilən yubiley tədbirində Prezident İlham Əliyevin çıxışı hələ uzun müddət yaddaşlarda qalacaq. Cənab Prezident çıxışında istər daxili, istər xarici və beynəlxalq aləmdəki məsələlərin hamısına tək-tək toxundu. Yeni Azərbaycan Partiyasının yaranmasından ötən müddət ərzində əldə etdiyimiz nəticələr və gözləntilər barədə ətraflı danışdı”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin (GB) sədri Seymur Orucov bidirib.

GB-nin sədri Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yola bir daha nəzər salaraq YAP-ın qələbələr partiyası olduğunu bir daha təkrar etdi: “Azərbaycanda ilk dəfə parlament seçkiləri məhz Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilib. İlk Konstitusiyamız Ulu Öndər Heydər Əliyevin müəllifliyi ilə hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul olunub. Qarşıdan 17 noyabr dirçəliş günü gəlir və 21 noyabrda Yeni Azərbaycan Partiyasının 25 illiyini təntənə ilə qeyd edəcəyik. Bu tarixləri analiz etdikdə görürük ki, doğurdan da bu illər ərzində nə qədər işlər görülmüşdür. Dağılmaqda olan bir ölkə bu gün artıq regionda böyük bir aparıcı dövlətinə çevrilib. Bu gün Prezident İlham Əliyevin şəxsi nüfuzu dünyada kifayət qədər böyükdür. Bütün dövlət başçıları, beynəlxalq təşkilatlar, hər kəs Prezident İlham Əliyevi bir lider kimi, bir rəhbər kimi qəbul edir və Azərbaycanın maraqları ilə bağlı məsələlərdə hesablaşırlar”.

S.Orucov bildirib ki, Azərbaycanda siyasi partiyalar kifayət qədərdir. Amma onların heç biri Cənab Prezident İlham Əliyevin sözləri ilə desək Yeni Azərbaycan Partiyasına rəqib ola bilməzlər: “Yeni Azərbaycan Partiyası dövləti və xalqı ilə birlikdə hərəkət edir. Bizim gücümüz bundadır. Xarici və daxili qüvvələr kiçik işlər görürlər, müəyyən dəstələrə vəsaitlər ayırırlar. Amma xalqın 99 faizi Prezident İlham Əliyevi sevdiyi üçün onlar məkrli planlarını həyata keçirə bilmirlər. Xalqın “dəstəyini” almaq istəyən müxalifət yalnız və yalnız qrantlar üçün məkrli işləri həyata keçirirlər. Azərbaycan xalqı siyasi cəhətdən yetkin, intellekt baxımından savadlı olduqları üçün radikal müxalifət pis niyyətini həyata keçirə bilmir. Keçirdikləri mitinqlərə insanlar gəlmir. Təşkil etdikləri mitinqlərə ancaq və ancaq muzdlu insanlar yığışır və yaxud da fotoşopla və digər proqramlarla şəkilləri artırırlar ki, "bizi də istəyənlər var və ona uyğun da vəsait ayırın" deyə bilsinlər. Bir sözlə, onlar heç zaman uğur qazana bilməyəcəklər. Azərbaycan xalqı onlara rədd cavabı verib və bundan sonra da verəcək. Yeni Azərbaycan Partiyası 2018-ci ildə keçiriləcək prezident seçkilərində növbəti dəfə xalqın dəstəyini qazanacaq. Sonrakı dövrlərdə də biz qalib olacağıq. Bunun da yeganə səbəbi Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin apardığı siyasətinin mərkəzi nöqtəsi insanların sosial rifahının yüksəlməsinə, dövlətimizin daha da inkişaf etməsinə əsaslanmasıdır. Müstəqil dövlətik, müstəqil siyasət yeridirik. Heç bir kəs, xarici dövlət bizə təsir edə bilməz. Çünki xalq-iqtidar birliyi möhkəm əsaslara söykənir”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə