Putin dekabrda mətbuat konfransı keçirəcək

Putin dekabrda mətbuat konfransı keçirəcək

"Rusiya prezidenti Vladimir Putinin böyük mətbuat konfransının dəqiq tarixi hələlik məlum deyil. Lakin dekabrın sonuna yaxın mətbuat konfransının keçirilməsi planlaşdırılır". SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

" Adətə uyğun olaraq böyük mətbuat konfransının ilin sonuna yaxın, dekabr ayında baş tutacaq"- deyə, Peskov bildirib.

Qeyd edək ki, bundan öncə bəzi mənbələr mətbuat konfransının dekabrın 14-də baş tutacağını açıqlamışdılar.

Məlumat üçün bildirək ki, Putin ötən il dekabrın 23-də mətbuat konfransı keçirib. O 3 saat 50 dəqiqə jurnalistlərin suallarını cavablandırıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə