Qaradağ rayonunda YAP-ın yaranmasının 25 illiyi ilə bağlı tədbir keçirib FOTOLAR
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının Qadınlar Şurası YAP-ın yaranmasının 25-ci ildönümü münasibətilə tədbir keçirib. SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının Qadınlar Şurasının sədri Hicran Xəlilova partiyanın yaranması tarixinə qısa nəzər salıb, ötən 25 ildə əldə olunmuş böyük nailiyyətlər haqqında danışıb.
Partiyanın ötən 25 ildə şərəfli və uğurlarla zəngin bir yol keçdiyini xatırladan H.Xəlilovanın sözlərinə görə, Ulu Öndərin quruculuq siyasətinin həyata keçirilməsində YAP mühüm rol oynayıb. Hicran Xəlilova deyib ki, bu gün Ulu öndərin siyasi kursunun YAP Sədri, cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycan yeni-yeni uğurlar əldə edir.
YAP Qaradağ rayon təşkilatının sədri, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov çıxış edərək vurğulayıb ki, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri danılmazdır və partiyamızın bu istiqamətdə gördüyü böyük işlər hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir: "Buna görədir ki, partiyamızın, o cümlədən YAP-ın Qaradağ rayon təşkilatının sıraları günbəgün genişlənir. YAP-ın ölkəmizin siyasi, iqtisadi, ictimai həyatında mühüm rol oynadığını deyən millət vəkilinin sözlərinə görə, partiyamız sıralarında 700 mindən artıq insanı birləşdirir ki, bu da çox möhtəşəm qüvvədir. "25 illik bir dövr Azərbaycanın müstəqillik və inkişaf tarixinə çevrilib. Bu illər ərzində Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib, hərbi və siyasi baxımdan ölkəmiz xeyli güclənib".
Millət vəkili partiyamızın sıralarında qadınların fəal təmsilçiliyinin əhəmiyyətini qeyd edərək, vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti nəinki partiyamızda təmsil olunan yüzminlərlə qadınlarımız, o cümlədən, bütövlükdə Azərbaycan qadını üçün nümunə və həyat məktəbi sayılır.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədr müavini Hicrət Qaradağlı, rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Nazakət Məmmədova və digərləri bildiriblər ki, Ulu öndər Heydər Əliyev hər zaman qadınlarımıza xüsusi diqqət və qayğı ilə yanaşıb. Qeyd olunub ki, Ulu öndərin müəyyənləşdirdiyi siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir.
Sonda rayon təşkilatının qarşıdakı dövrlər üçün Tədbirlər planı da müzakirə olunaraq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB