Müşfiq Ələsgərli: “BTQ məsafəni təqribən 30 gün qısaldır” AÇIQLAMA
“Bakı –Tbilisi –Qars dəmiryolu layihəsinin faydasını bir istiqamət üzrə qiymətləndirmək qeyri-mümkündür. Bu layihə o qədər ideal hazırlanıb ki, həm birbaşa, həm də dolayısı ilə faydaları çoxdur. Hətta deyərdim ki, bu layihənin dolayısı ilə verdiyi faydalar birbaşa faydasından heç də az deyil”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.
Onun sözlərinə görə, BTQ-nin birbaşa mahiyyəti nəqliyyat xəttidir, yük və sərnişin daşıma baxımından çox effektivdir: “Çindən Avropaya qədər olan məsafəni təqribən 30 gün qısaldır. Azərbaycan bu layihədən həm gömrük rüsumu alaraq fayda götürəcək, həm də öz məhsul və sərnişinlərinin dünyaya çıxışını təmin etmiş olacaq. Layihənin dolayısı ilə gətirdiyi fayda isə siyasi mahiyyətlidir. BTQ-nin reallaşdırılması ilə Azərbaycan tarixi düşmənini-Ermənistanı regional layihələrdən və regional marşrutlardan tamamilə təcrid edə bildi. Təsadüfi deyil ki, ermənilər özləri-özlərini “tarixi yollar üzərində oturmuş kor bayquş”a bənzədirlər. Əvəzində türkdilli xalqlar, türkdilli dövlətlər arasında dəmir körpü yaradıldı ki, bu da Prezident İlham Əliyevin türk xalqlarına tarixi töhfəsi oldu. Məsələnin bir tərəfi də var ki, bu layihənin ideya müəllifi və əsas maliyyəçisi Azərbaycandır. Erməni lobbisinin təsirində olan güclər bu layihənin baş tutmaması üçün əllərindən gələni etdilər. Azərbaycan böyük güclərin qarşı çıxdığı bir layihəni gerçəkləşdirməklə, dünya gücləri sırasında özünə yer tuta bildiyini isbatlamış oldu”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB