Həmsədrlər: "ATƏT-in qiymətləndirmə missiyasının ikinci mərhələsi Dağlıq Qarabağ ərazisində keçiriləcək"

Həmsədrlər: "ATƏT-in qiymətləndirmə missiyasının ikinci mərhələsi Dağlıq Qarabağ ərazisində keçiriləcək"

ATƏT-in Minsk qrpunun həmsədrləri bu gün Xankəndinə gedəcəklər. SİA-nın xəbərinə görə, həmsədrlər Xankəndindən sonra Azərbaycanın işğal olunmuş digər ərazilərində olacaqlar.

 

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan prezidenti Serj Sarkisyanla da görüşüblər. Bu barədə məlumatı Ermənistanın dövlət başçısının mətbuat xidməti yayıb. Məlumata görə, həmsədrlər görüşdə bildiriblər ki, ATƏT-in qiymətləndirmə missiyasının ikinci mərhələsi Dağlıq Qarabağ ərazisində keçiriləcək. Həmsədrlər Serj Sarkisyanla qiymətləndirmə missiyasının proqramını müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə