Baş prokuror Sabirabadda vətəndaşlarla görüşüb

Baş prokuror Sabirabadda vətəndaşlarla görüşüb

Baş prokuror Zakir Qaralov oktyabrın 27-də Sabirabad rayon prokurorluğunun inzibati binasında Şirvan şəhəri, Sabirabad, Hacıqabul, Saatlı və Salyan rayonlarından olan vətəndaşlarla görüşüb.

Baş Prokurorluqdan SİA-ya bildirilib ki, bu qurumun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən görüşdə 24 vətəndaş qəbul olunub, onların müraciətlərində qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb.

Müraciətlərdə qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə